ABŞ Dövlət Departamenti Qətərlə dörd Körfəz ölkəsi arasında yaşanan gərginliyi həll etmək üçün bölgəyə yüksəkrütbəli iki rəsmisini göndərib.
Ovqat.com xəbər verir ki, bu məlumatı mediaya Dövlət Departamentindən adının açıqlanmasını istəməyən bir səlahiyyətli şəxs bildirib.
Bildirildiyinə görə, həmin diplomatlar bölgəyə bu həftə səfər ediblər.
Məlumatda diplomatik missiya daşıyan həmin yüksəkrütbəlilərin adı da çəkilib: "Təqaüddə olan general Anton Zinn və Dövlət Departamentinin nümayəndəsi Timoti Lenderkinq tərəflərlə ünsiyyət qurmaq və Küveyt hökumətinin vasitəçilik işlərinə dəstək vermək üçün bu həftə Körfəz bölgəsinə getdi".
ABŞ Dövlət Departamentinin rəhbəri Reka Tillerson da ötən həftə verdiyi açıqlamada təqaüddə olan general Zinninin Qətər və dörd Körfəz ölkələri arasında yaşanan gərginliyi təqib etmək üçün bölgəyə gedəcəyinin siqnallarını vermişdi.
Tillersonun özü də ötən ay bölgəyə getmişdi.
Paylaş: