Xəbər lenti

Merkel Türkiyəyə veto qoydu

Almaniya kansleri Angela Merkel Türkiyənin Avropa İttifaqının Gömrük Birliyi ilə razılaşmasının genişlənməsinə veto qoyub.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, kansler bu haqda Avropa Komissiyasının sədri Jan-Klod Yunkeri məlumatlandırıb.

Qeyd edək ki, son vaxtlar Türkiyə və Almaniya arasında münasibətlərin pisləşib. Almaniya həmçinin fəal şəkildə təsir edir ki, Aİ Türkiyəyə qarşı maliyyə sanksiyalarına başlasın. CNN-nin türk xidmətinin diplomatik mənbələrdən aldığı informasiyaya əsasən, Aİ Türkiyəyə maliyyə yardımını azaltmağa hazırlaşır. 2014-2020-ci illər üçün planlaşdırılmış yardımın həcmi bütovlükdə 4 milyard 450 milyon avro təşkil etməli idi. Yardımın nə qədər azaldılacağı isə Aİ-nin qiymətləndirməsindən sonra məlum olacaq. Hesabatın 2017-ci il sentyabrın sonu-oktyabrın əvvəlində tamamlanacağı gözlənilir.

Bununla belə, Türkiyənin rəsmi şəxsləri əvvəlki kimi Türkiyə və Almaniya arasında münasibətlərin əhəmiyyəti haqqında danışırlar və onların yaxşılaşacağına ümid edirlər.

Almaniya Türkiyənin əsas ticarət partnyoru olaraq qalır və dəyişikliklər türk tərəfi üçün ağır nəticələrə gətirib çıxara bilər. 2017-ci ildə Almaniya və Türkiyə arasında ticarət dövriyyəsinin həcmi təxminən 40 milyard dollar təşkil edib. Amma Ankara hesab edir ki, Türkiyənin Aİ-yə iqtisadi inteqrasiyası yalnız Türkiyə deyil, həm də Avropa üçün faydalıdır.




Ana səhifəyə qayıt        Baxış: 1 076          Tarix: 31-08-2017, 17:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma