Xəbər lenti

Aqil Səmədbəyli: “Qərb Türkiyənin güclənməsini istəmir

Uzunmüddətli diplomatik qarşıdurmanın ardınca Almaniya öz hərbçilərini Türkiyənin “İncirlik” bazasından çıxartmağa qərar verib.

Almaniyanın bu addımı Türkiyənin Avropadakı mövqeyini, siyasi və hərbi nüfuzunu zədələyə bilərmi? Mümkündürmü ki, Qərb dövlətləri “İncirlik”ə alternativ bazalar axtarışına çıxmaqla Türkiyənin hərbi-strateji önəmini qismən də olsa azaltsın?

Moderatora.az-a açıqlama verən siyasi şərhçi Aqil Səmədbəyli Qərb dövlətlərinin ünvanına ciddi ittihamlar səsləndirib:

“Türkiyə NATO üzvü olsa da, Amerika və Avropa Birliyi qardaş Türkiyəyə qarşı heç də dost-müttəfiq kimi davranmır. Almaniya başda olmaqla bir çox Avropa ölkəsində terror təşkilatı olan PKK və FETO üzvləri çox rahat şəkildə hərəkət edirlər və rəsmilər tərəfindən də dəstəklənirlər. Türkiyənin  dəfələrlə sənəd-sübut təqdim etməsinə baxmayaraq, terrorçular nə həbs edilir, nə də geri verilir. Türkiyə də təbii olaraq adekvat addımlar atır. Almaniyanın Türkiyədə olan əsgərləri ilə terror tərəfdarı və dəstəkçisi alman vəkillərin görüşünə tam haqlı olaraq Türkiyə izin vermir. Bu da onların xosuna gəlmir. Elə bilirlər Türkiyə 30 il əvvəlki Türkiyədir. İki dılğır Avropadan qalxıb gələcək, Türkiyəni qarış-qarış gəzəcək və bölücülük təbliğatı aparacaqlar. Heç kim də bunlara heç nə deməyəcək.

İndi Türkiyə çox dəyişib. Bu dəyişim də onları narahat edir. Türkiyənin güclənməsini nə Amerika, nə də Avropa Birliyi istəmir. Amrika faktiki olaraq Türkiyənin düşmənini silahandırmaqla – gücləndirməklə məşğuldur. Almaniya terrorçuların sığınacağına çevrilib. Ona görə də Almaniya buradan əsgərlərini çəkmək istəyir. Təbii ki, özlərinə başqa bir liman axtaracaqlar. Ancaq bir şeyi unudurlar. Bu bölgədə Türkiyədən daha güvənilir, daha güclü bir tərəfdaş tapa bilməyəcəklər”.

 




Ana səhifəyə qayıt        Baxış: 972          Tarix: 7-06-2017, 12:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma