Xəbər lenti

 Şimali Koreyanın hidrogen bombası sınağı keçirdiyi bölgəsində 6.3 bal gücündə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, yerin 10 km dərinliyində baş verən zəlzələnin təbii hadisə olmadığını, süni təsir vasitəsilə baş verdiyi bildirilib.

Zəlzələ Çin və Cənubi Koreyada da hiss olunub.

Qeyd edək ki, zəlzələdən bir gün əvvəl Şimali Koreya lideri Kim Çen İn yeni hidrogen bombası ilə görüntülənmişdi. Həmin vaxt Pxenyanın hidrogen bombası sınağı keçirməsi gözlənilirdi.




Ana səhifəyə qayıt        Baxış: 796          Tarix: 3-09-2017, 10:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma