Xəbər lenti

 

Almaniyalı televiziya aparıcısı və satirik Yan Bemerman ölkə kansleri Angela Merkeli məhkəmə ilə hədələyib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda “Tagesspiegel” qəzeti yazıb.

Məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana həsr etdiyi şeirlə bağlı Merkelin fikirləri satiriki hiddətləndirib. Nəşr qeyd edir ki, daha əvvəl Merkel Bemermanın Ərdoğan haqqında satirik şeirini “qəsdən təhqiredici” kimi xarakterizə etmişdi.

Televiziya aparıcısının vəkili Kristian Şers Merkelin dəftərxanasına məktub göndərərək ondan öz fikrindən imtina etməyi tələb edib. Tələb bir həftə ərzində yerinə yetirilməyəcəyi halda, Bemerman məhkəməyə şikayət etmək niyyətindədir.

Məktubda qeyd edilir ki, kansler “icra hakimiyyətin əsas nümayəndəsi” kimi hüquqi xarakterli mövzularla bağlı açıq fikir bildirərək hakimiyyət qanadlarının bölünməsi prinsipini pozub.

Xatırladaq ki, ötən il martın 31-də ZDF telekanalında yayımlanan "Neo Magazin Royale" verişində teleaparıcı Ərdoğan haqqında tənqidedici satirik şeir oxuyub. Türkiyə hökuməti Berlinə nota verərək televiziya aparıcısı barədə cinayət işinin qaldırılmasını tələb edib.

Oktyabrın əvvəlində Mayns şəhərinin prokurorluğu hökumətin sanksiyası üzrə başlanmış cinayət işini bağlayıb. İdarədən lazımı sübutların olmadığı bildirilib. Ərdoğanın vəkili bu qərara etiraz etsə də, şikayət əsassız hesab edilib.




Ana səhifəyə qayıt        Baxış: 544          Tarix: 5-09-2017, 20:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma