Xəbər lenti

 

Almaniya kansleri Angela Merkel Səudiyyə Ərəbistanına səfər çərçivəsində kral Salman bin Abdul-Əziz əl-Saud ilə görüşüb. Ərəb ölkəsinə səfərə qədər Merkel ənənəyə riayət edərək hicab geyinməkdən imtina etdi. 

Görüşü yayımlayan Səudiyyə Ərəbistanının Dövlət Televiziyası Merkeli başıbağlı göstərməyə çalışıb. Ona görə də onun saçını gizlətmək üçün piksellərdən istifadə edib. 
 
Qeyri-adi səhnəni ərəb jurnalisti Kevork Almassian görüb, məhz o, efirin skrinşotunu öz “Tvitter” hesabında paylaşıb və “Səudiyyə Ərəbistanının dövlət televiziyası Angela Merkelin saçlarını gizlətdi” yazıb.   
Səudiyyə Ərəbistanında bir neçə iri telekanal var, onların hər birinin öz siyasəti var. Məsələn, onlardan biri “4shbab” kanalıdır, bu kanal ümumiyyətlə, efirdə qadınları göstərməməyə üstünlük verir. 
Səudiyyə Ərəbistanında tanınmış telekanal olan “Alhurra” Şərqin və Afrikanın 22 ölkəsində yayımlanır. Tamamən ərəb dilində olmasına baxmayaraq, teleşəbəkənin rəhbərliyi nə aparıcı, nə də qonaq xanımların, ələlxüsus da digər ölkələrdən rəsmi şəxslərin xarici görünüşə sərt yanaşmır.(oxu.az)




Ana səhifəyə qayıt        Baxış: 985          Tarix: 4-05-2017, 17:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma