Xəbər lenti
 
Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan fransız politoloq Filipp Moreau Defargesi məhkəməyə verib.
Ovqat.com türk mətbuatına istinadən xəbər verir ki, Ərdoğanın vəkili Hüseyn Aydın müvəkkilinin adından Ankara Respublika Prokurorluğuna dörd səhifəlik şikayət ərizəsi təqdim edib.
Şikayət ərizəsində fransız politoloq Ərdoğanın qətlinə təşviqat aparmaqda günahlandırılır.
Qeyd edək ki, Defarges telekanalların birində Ərdoğan və Türkiyədəki referendum haqqında bunları demişdi:
Gördüyümüz kimi, hüquqi yol bağlanıb. Türkiyədəki vəziyyəti ya vətəndaş müharibəsi, ya da Ərdoğanın öldürülməsi dəyişdirə bilər. Belə bir mühitdə sui-qəsd ehtimalını istisna etmirəm”.



Ana səhifəyə qayıt        Baxış: 1 252          Tarix: 24-04-2017, 11:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma