Xəbər lenti

 

Gürcüstan və Azərbaycan strateji tərəfdaş olmaqla yanaşı, sadiq dost və qonşu ölkələrdir.

APA-nın məlumatına əsasən, bu barədə Bakıda səfərdə olan Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze “Twitter” hesabında yazıb.

 Gürcü nazir isti qarşılanmaya görə Gürcüstanın böyük dostu Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edib. 

 Qeyd edək ki, sabah  Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 6-cı üçtərəfli görüşü keçiriləcək. Türkiyə və Gürcüstanın XİN başçıları Mövlut Çavuşoğlu və Mixeil Canelidze Bakıdadırlar. Azərbaycan prezidenti  İlham Əliyev hər iki ölkənin xarici işlər nazirlərini qəbul edib.  




Ana səhifəyə qayıt        Baxış: 672          Tarix: 5-09-2017, 23:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma