Xəbər lenti

Rusiya genişmiqyaslı müharibəyə hazırlaşır - Prezident AÇIQLADI

Belarus-Rusiya “Qərb-2017” birgə hərbi təlimləri Moskva tərəfindən genişmiqyaslı müharibəyə hazırlıqdır.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Pyotr Poroşenko Ali Radaya illik müraciətdə deyib.

“Təlimlərin kontinental miqyaslı hücum müharibəsinə hazırlıq olduğuna dair sübutlar çoxdur”, - Poroşenko bildirib.

Onun sözlərinə görə, “Qərb-2017” strateji təlimlərlə əlaqədar olaraq Ukrayna dövlət sərhədinin bütün bölmələrində nəzarət gücləndirilib:

“Strateji komanda-ştab təlimləri bəhanəsi ilə Ukraynanın ərazisinə müdaxilə üçün Rusiya qoşunlarının yeni zərbə qruplaşmalarının yaradılması istisna edilmir. Təəssüf ki, təlimlərin tamamlanmasından sonra Rusiya qoşunlarının qayıdacağına dair heç bir zəmanət yoxdur”.

O həmçinin qeyd edib ki, Moskvanın Krımdan getməyə hazırlaşdığını göstərən heç bir əlamət yoxdur.

Qeyd edək ki, Qərb nəşrləri “Qərb-2017” (sentyabrın ortalarında keçiriləcək - red.) hərbi təlimləri ilə əlaqədar NATO, ABŞ və Rusiyanın hərbi gücünün döyüş və operativ imkanlarını müqayisə etməyə başlayıb. Bu, xarici ictimaiyyətin şübhələrini əks etdirir ki, Rusiya təlimlər bəhanəsi ilə Baltikyanı regionunda hərbi əməliyyat həyata keçirməyi planlaşdırır.

“Qərb-2017” təlimləri ilə əlaqədar NATO-nun qorxusu yenidən qayıdıb. Qərb generaliteti arasında artan narahatlıq bundan ibarətdir ki, Qərb sərhədlərində Rusiyanın hərbi gücü təlimlərdən sonra da saxlanılacaq.

Ötən həftə isə Belarusun müdafiə naziri Oleq Belokonev Minskdə keçirdiyi brifinqdə “Qərb-2017” təlimlərinin ssenarisini təqdim edib. Sssenariyə görə, Qərbdən Rusiya və Belarusa hücum edirlər. Amma birləşmiş qoşunlar hücumu dəf edərək rəqibi geri tullayır. “Veysnoriya”, “Vesbariya” və “Lubeniya” şərti dövlətlərin Belarus və Rusiyaya hücum etdiyi ssenaridə əksini tapıb.

Donbasda BMT sülhməramlılarının yerləşdirilməsi barədə Rusiya prezidenti Vladimir Putinin təklifini şərh edən Poroşenko bildirib ki, Rusiyanın bu missiyada iştirakına qarşıdır.

“Ukrayna tərəfi BMT Təhlükəsizlik Şurasının üzvləri ilə müzakirələrə hazırdır. Amma Rusiyanın sülh missiyasında iştirak etməməsi şərtilə”, - dövlət başçısı qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 896          Tarix: 7-09-2017, 17:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma