ABŞ Hərbi-Hava Qüvvələri beşinci dəfə gizli missiya çərçivəsində pilotsuz Boinq X-37B-ni kosmosa göndərməyi planlaşdırır.
Axar.az xəbər verir ki, bu barədə danışan rusiyalı mütəxəssislər missiyanın elmi məqsəd daşıması ilə bağlı rəsmi açıqlamaların həqiqəti əks etdirmədiyini bildiriblər. Rusiyalı ekspertlər belə hesab edirlər ki, ABŞ-ın bu açıqlamaları aysberqin görünən qismidir.
Rusiyanın Kosmos Akademiyasının üzvü Andrey İonin bildirib ki, ABŞ-ın pilotsuz X-37B-ni kosmosa göndərməsində əsas məqsəd dünyanı idarə etməkdir:
"Önəmli olan bu uçuş aparatının içində baş verənlərdir. Çünki hazırda layihə DARPA tərəfindən yoxlanılır. DARPA-da zahirən iki məqsədli təcrübələr aparılır. Maşının içində hər şey ola bilər, nüvə başlığı belə. Mütəxəssislər tez-tez kosmosa nüvə silahının göndərilməsindən bəhs edirlər, amma əslində, heç kəs bu silahın kosmik radiasiya şərtlərində nə olacağını bilmir".
Paylaş: