Xəbər lenti

ABŞ prezidenti Donald Tramp "İrma" qasırğası ilə əlaqədar Virciniya adalarında fövqəladə vəziyyət elan edib.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

"Bu gün prezident Donald Tramp Amerikanın Virciniya adalarında 2017-ci ilin 6 sentyabrında başlanmış və hazırda da davam edən "İrma" qasırğasına görə ərazinin bərpası üzrə səylərin saxlanılması üçün federal köməyin verilməsi haqqında fövqəladə vəziyyət elan etdi", - deyə agentliyə daxil olan xəbərdə bildirilir.

"İrma" qasırğası beşinci – maksimal kateqoriyaya çatıb. Təbii hadisəni son on ildə Atlantik okeanında ən güclü qasırğa adlandırırlar. 

 




Ana səhifəyə qayıt        Baxış: 815          Tarix: 8-09-2017, 11:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma