Xəbər lenti

Fransanın dənizkənarı ərazilərində cərəyan edən "İrma" qasırğası nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, ölənlər Sen-Bartelemi və Sen-Marten sakinləri olub.

Bundan əvvəl ölənlərin 2 nəfər olduğu bildirilmişdi.


***00:33

Bakı. 7 sentyabr. REPORT.AZ/ Fransanın Sen-Marten və Sen-Bartelemi dənizkənarı departamentlərində "İrma" qasırğası nəticəsində iki nəfər ölüb, daha iki nəfər ağır xəsarət alıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Fransanın dənizkənarı ərazilər naziri Annik Jirardenə istinadən "France Press" məlumat yayıb.

Qasırğa zamanı küləyin sürəti 260 km/saatı ötüb və şiddətləndiyi zaman 380 km/saata çatıb. Üç aylıq norma həcmində yağıntı düşüb. Küləyin təsiri altında dənizdə suyun səviyyəsi 5 metr artıb, dalğaların hündürlüyü 12 metrə çatıb.

Nəticədə, qasırğanın baş verdiyi Sen-Marten və Sen-Bartelemi adalarında elektrik stansiyaları sıradan çıxıb. Bir çox evlərin dam örtükləri uçub. Yanğınsöndürmə hissələrində yanğınsöndürən maşınlar su altında qalıb.

Əlaqə demək olar ki, tamamilə kəsilib. Hazırda Fransa hökuməti adalara xilasetmə dəstələri və həkimlər cəlb edir.

 




Ana səhifəyə qayıt        Baxış: 890          Tarix: 7-09-2017, 12:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma