
ABŞ-ın on beş ştatı və Vaşinqton immiqrant uşaqların müdafiəsi proqramının ləğvinin qarşısını almaq cəhdinə görə prezident Donald Tramp administrasiyasını məhkəməyə verib.
"Report" "Amerikanın Səsi"nə istinadən xəbər verir ki, baş prokurorlar Nyu-York ştatının Bruklin Federal Məhkəməsində bununla bağlı iddia qaldırıblar.
Onlar təkid edirlər ki, immiqrant uşaqlar üçün təxirə salınmış hərəkət proqramının ("Deferred Action for Childhood Arrivals" - DACA) ləğvi haqqında qərar qeyri-konstitusiondur. Bir halda ki, insanları lazımi məhkəmə təhqiqatında hüquqdan məhrum edir.
Nyu-York ştatının baş prokuroru Erik Şnayderman prezidenti meksikalılara və Latın Amerikası ölkələrinin vətəndaşlarına qarşı qərəzli münasibətdə ittiham edərək Trampın planlarını "amansız, uzağı görməyən və insafsız" adlandırıb.
Paylaş: