Xəbər lenti

Rusiyanın Sankt-Peterburq şəhəri yaxınlığında yerləşən Novoe Devyatkino kəndində siqaret çəkməyə çıxan azərbaycanlını güllələyiblər. 

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, şahidlər hadisə yerində avtomatdan beş dəfə atəş açıldığını bildiriblər.

Güllələnən Azərbaycan vətəndaşı Toksa xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis əməkdaşları "isti iz"lərlə qətli törətməkdə şübhəli bilinən 47 yaşlı işsiz adamı saxlayıb. Saxlanılan şəxsdə "Sayqa" karabini aşkarlanaraq götürülüb. İlkin araşdırma nəticəsində onun beş dəfə atəş açdığı müəyyənləşib. Qətlin motivləri araşdırılır. 

Məlumata görə, mərhum sentyabrın 12-də yaxınlarına qonaq gəlibmiş. O, həyətə siqaret çəkməyə çıxıb və yaxın məsafədən açılan atəşlə güllələnib.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanılıb.

 




Ana səhifəyə qayıt        Baxış: 847          Tarix: 13-09-2017, 14:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma