Xəbər lenti

 

Hazırda Moskvada "Yaroslavl" və "Kazan" vağzallarında bomba qoyulması barədə anonim zəngdən sonra sərnişinlərin təxliyəsi həyata keçirilir.

Ovqat.com Trend-ə istinadən bildirir ki, vağzallarda təhlükəsizlik qüvvələri axtarışlar aparır.

Bununla belə, qatarlaırn adi rejimdə hərəkəti davam edir.

xatırladaq ki, bir müddət əvvəl analoji zəng Moskvanın "Kiyev" vağzalı ilə bağlı edilib. Hazırda bu vağzalda axtarışlar başa çatıb.

Qeyd edək ki, ötən gündən Rusiyanın bir çox şəhərlərində bomba təhdidləri ilə bağlı zənglər daxil olur.




Ana səhifəyə qayıt        Baxış: 854          Tarix: 13-09-2017, 18:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma