Xəbər lenti

 Bakıda Meksikanın Müstəqillik Günü ilə bağlı qəbul keçirilib. Modern.az-ınAPA-ya istinadən məlumatına görə, tədbirdə çıxış edən Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini bildirib ki, Meksika ilə Azərbaycan arasında münasibətlər sabit şəkildə inkişaf edir.

 Səfir qeyd edib ki, neft və qaz iki ölkə arasında münasibətlərin əsas sahələrindən biridir. O əlavə edib ki, iki ölkə arasında ticarət dövriyyəsi də böyük olmasa da aydın şəkildə artıb: "2014-cü ildə bu rəqəm 2 milyon dollardan az, 2016-cı ildə isə 21 milyon dollara yaxın olub". Səfir iki ölkə arasında mədəniyyət və təhsil sahəsində əlaqələrdən də danışıb.

 Daha sonra çıxış edən Xarici İşlər Nazirliyinin şöbə müdiri Anar Canəhmədov bildirib ki, iki ölkə arasında münasibətlər müxtəlif sahələrdə inkişaf edib və qarşılıqlı səfərlərlə daha da gücləndirilib. Onun sözlərinə görə, hər iki ölkədə qarşılıqlı olaraq səfirliklər açıldıqdan sonra  müxtəlif sahələrdə yaxın təmaslar genişləndirilib, sazişlər imzalanıb.

XİN rəsmisi Dağlıq Qarabağ münaqişəsi və Meksikanın bu məsələdə mövqeyinə də toxunub: "20 ildir Ermənistanın işğalçılıq siyasəti regional sabitliyə təhlükə yaradır. Biz işğala son qoyulmasını tələb edən BMT qətnamələrinin yerinə yetirilməsinin regional təhlükəsizliyə və sosial rifaha töhfə verəcəyinə əminik. Meksika senatı və deputatlar palatasının 2011-ci ildə Xocalı faciəsi ilə bağlı qəbul etdiyi qətnaməni yüksək qiymətləndiririk".




Ana səhifəyə qayıt        Baxış: 681          Tarix: 16-09-2017, 08:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma