Polşanın Konstitusiya gününün 224-cü il dönümü ilə əlaqədar rəsmi qəbul keçirilib.
Ovqat.com APA-ya istinadən xəbər verir ki, tədbirdə diplomatik korpusun nümayəndələri, millət vəkilləri, dövlət qurumlarının nümayəndələri iştirak edib.
Tədbir hər iki ölkənin dövlət himninin səslənməsi ilə başlayıb. Polşanın Azərbaycandakı səfiri Marek Tsalka iki ölkənin iqtisadi və siyasi əlaqələrdən böyük gözləntilər olduğunu və bundan sonra da inkişaf edəcəyini deyib.
Xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycan prezidenti İlham Əliyevin təbrik məktubunu çatdırıb. 25 il ərzində iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə çatdığını deyən nazir müavini iyunda Azərbaycan prezidentinin Polşaya rəsmi səfərinin bu əlaqələri daha da möhkəmləndirəcəyini vurğulayıb.
X.Xələfov iki ölkə arasında iqtisadi, humanitar və mədəniyyət sahəsində əlaqələrin inkişafının prioritet rol oynadığını deyib: "Münasibətlər mövcud potensialı bu əlaqələri daha da irəli aparmağa imkan yaradır. Hökümətlərarası əməkdaşlığımız müvəffəqiyətlə inkişaf edir. Prezidentimizin iyunda Polşaya səfəri Azərbaycan-Polşa strateji tərəfdaşlıq münasibətlərində yeni səhifə açacaq".
Paylaş: