Xəbər lenti

 Bakıda Böyük Britaniya kraliçasının doğum günü ilə bağlı qəbul keçirilib. APA-nın məlumatına görə, qəbulda iki ölkə arasında diplomatik əlaqələrin 25 illiyi ilə bağlı slayd nümayiş etdirilib. Daha sonra çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts iki ölkə arasındakı əlaqələrin əhəmiyyətini qeyd edib.

 Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib ki, Böyük Britaniya Azərbaycan üçün vacib tərəfdaşdır. Onun sözlərinə görə, enerji sahəsi əlaqələrin əsasını təşkil edir. Nazir müavini BP-nin Azərbaycandakı fəaliyyəti və Cənub Qaz Dəhlizi layihəsini qeyd edib: “Bu günə kimi Britaniya Azərbaycana  23 milyard dollar sərmayə yatırıb. Biz istərdik ki, bu əməkdaşlıq qeyri-neft sektorunda da olsun. Bu əlaqələrin inkişafında yeni yaradılmış hökumətlərarası komissiyanın işi çox vacibdir. Ümid edirəm ki bu komissiyanın işi əlaqələrin inkişafına daha da təkan verəcək".

 Mahmud Məmmədquliyev bildirib ki, Britaniya ərazi bütövlüyü, beynəlxalq cəhətdən tanınmış sərhədlər prinsipinə və beynəlxalq hüququn digər normalarına riayət edir: "Belə bir mövqe Azərbaycan üçün də əhəmiyyət daşıyır". 




Ana səhifəyə qayıt        Baxış: 753          Tarix: 13-06-2017, 22:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma