Meksikanın Pueblo şəhərində 7,1 bal gücündə zəlzələ baş verib.
Axar.az xəbər verir ki, dəhşətli zəlzələ baş verdiyi şəhər paytaxt Mexikonun 123 km-də yerləşir.
Təbii fəlakət nəticəsində xeyli yaşayış binası, inzibati tikililər dağılıb.
***
Zəlzələ nəticəsində Morelos ştatında ən azı 42 nəfər ölüb.
Bu barədə Morelos ştatının qubernatoru Qrako Ramires məlumat verib.
Daha 3 nəfərin isə Puebla ştatında öldüyü barədə məlumat daxil olub.
Qeyd edək ki, zəlzələ yerli vaxtla 18:14-də (Bakı vaxtı ilə 22:14) baş verib. Zəlzələnin episentri Puebla-de-Saraqos şəhərindən 49 km cənub-qərbə düşüb. Episentr həmçinin Tepeoxuma yaşayış məntəqəsinin 8 kilometrliyində olub.
Zəlzələ ocağı 60 km dərinlikdədir.
Zəlzələ paytaxt Mexikoda da güclü şəkildə hiss edilib. Mexikodakı Benito Xuares adına beynəlxalq hava limanı fəaliyyətini dayandırıb.
Paylaş: