Xəbər lenti
Bu gün, 18:46
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
DİM: IX və XI sinifdə oxuyan 91 şagirdin yazıb-oxumağı bacarmadığı aşkarlanıb
Ovqat.com Sputnik-ə istinadən xəbər verir ki,ötən il Azərbaycanda keçirilən buraxılış imtahanları nəticəsində 9 və 11-ci siniflər üzrə bəzi şagirdlərin yazıb-oxumağı bacarmaması məlum olub. APA-nın xəbərinə görə, Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi Abituriyent jurnalının 12-ci sayında qeyd olunub ki, 9 və 11-ci siniflərin şagirdləri arasında nəinki tədris proqramını minimum mənimsəməyənlər, hətta yazıb-oxumaqda çətinlik çəkənlər və ya ümumiyyətlə yazıb-oxumağı bacarmayanlar da aşkarlanıb. © FOTO: TREND IA İmtahanlarda ediləcək dəyişikliklər açıqlandı 11-ci sinif şagirdləri arasında 22 nəfər, 9-cu sinif şagirdləri arasında isə 69 nəfər belə şagird olub: "Bu statistika imtahan rəhbərlərinin protokolları əsasında ortaya çıxıb. Bu cür halların imtahan rəhbərlərinin əksəriyyətinin protokollarında qeyd olunmamasını nəzərə alsaq, yuxarıda göstərilən faktların, əslində, daha çox olduğunu və vəziyyətin daha acınacaqlı olduğunu ehtimal etmək mümkündür". Belə şagirdlərin 9-cu, 11-ci sinfə qədər gəlib çatması müəmmalıdır. 11-ci siniflər üzrə yazıb-oxumağı bacarmayan şagirdlərin rayonlar (şəhərlər) üzrə sayı belədir: Lənkəran rayonunda 4 nəfər, Bakı şəhərində və Bərdə, Füzuli, Gədəbəy, Salyan rayonlarının hərəsində 2 nəfər, Ağdam, Cəbrayıl, Göyçay, Göygöl, Kürdəmir, Lerik, Neftçala və Sabirabad rayonlarının hər birindən 1 nəfər olub. 9-cu siniflər yazıb-oxumağı bacarmayan şagirdlərin rayonlar (şəhərlər) üzrə sayı belədir: Cəlilabada rayonunda 8 nəfər, Salyan rayonunda 6 nəfər, Füzuli, Lənkəran və Qazax rayonlarının hər birindən 3 nəfər, Daşkəsən, Biləsuvar, Gədəbəy, Göygöl, Qusar, Tovuz və Ucar rayonlarının hər birindən 2 nəfər, Gəncə, Şirvan və Yevlax şəhərlərinin, Kəlbəcər, Kürdəmir, Neftçala, Qax, Qobustan, Şəki, Zaqatala və Zərdab rayonlarının hərəsindən 1 nəfər olub.

Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar