Bəzi hallarda müəllimlər ev tapşırıqlarında əlavə yükləmə hallarılna yol verirlər.
Publika.az xəbər verir ki, bu sözləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, məktəbəqədər hazırlıq qruplarında ev tapşırığı nəzərdə tutulmur. “Lakin birinci sinifdən başlayaraq uşaqların müstəqil fəaliyyətinin inkişaflarına təsirini nəzərə alaraq ev tapşırıqları verilir. Bu zaman müəllimlər tapşırığın həcmini, səmərəliliyini, səriştə yönümlü olmasını diqqətdə saxlamalıdırlar. Razıyam ki, bəzi hallarda müəllimlər ev tapşırıqlarında əlavə yükləmə hallarına yol verirlər. Bu məsələ Bakı Şəhəri üzrə Təhsil İdarəsinin diqqətindədir. İdarənin nəzdində Təlimə Dəstək Mərkəzi bu istiqamətdə müəllimlərin fəaliyyətini izləyir, onlara müəyyən tövsiyələr verir”.
Şagirdlərə tapşırıqların əlavə dərs vəsaitindən verilməsinə gəldikdə, M.Vəliyeva uyuxarı sinif şagirdlərinin yalnız dərsliklə kifayətlənməli olmadığını bildirib: “Onlar bilik və bacarıqlarını müəyyən istiqamətdə artırmaq üçün əlavə vəsaitlərdən istifadə etməlidirlər. Burada heç bir məcburiyyət yoxdur, bu məsələ yalnız tövsiyə oluna bilər. Texnologiya dövrünü nəzərə alaraq şagirdlərin yalnız dərslik, dərs vəsaiti ilə deyil, internetdən də müəyyən məlumatlar əldə etməsini müəllimlər daim tövsiyə edir”.
Paylaş: