Xəbər lenti

“Şagirdlərin sayı 11 faiz artıb”

Bu il mətkəbəqədər yaşlı uşaqların 65 faizi hazırlıq qruplarına cəlb edilib.

Publika.az xəbər verir ki, bu sözləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, məktəbəqədər hazırlıq qruplarına qəbulun elekton qaydada aparılması müsbət təsir göstərib: “Bu il ilk dəfə qəbul elektron qaydada aparılıb. 2015-2016-cı ildə məktəbəqədər hazırlıq qruplarına bu yaşlı uşaqların 25, ötən il 55 faizi cəlb edilmişdisə, bu il rəqəmlər 65 faizə yüksəlib. 2016-2017 tədris ilində 261 məktəbdə 23139 uşaq pulsuz məktəbəqədər hazırlığa cəlb edilib. Bu qruplara qəbul sentyabrın 20-də başa çatacaq”.

M.Vəliyeva onu da əlavə edib ki, Təhsil İdarəsinin tabeliyində 317 məktəb fəaliyyət göstərir. Bu məktəblərdə şagirdlərə 28165 müəllim tədris həyata keçirir: “Ötən ildən fərqli olaraq bu il Təhsil İdarəsi tabeliyində müəllimlərin sayı 2, şagirdlərin sayı 11 faiz artıb”.




Ana səhifəyə qayıt        Baxış: 1 122          Tarix: 11-09-2017, 14:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma