Tövriyə - sözün bir mənasını nəzərdə tutmaqla, fərqli mənada qəbul ediləcəyini bilərək söyləməkdir. Başqa sözlə desək, ikibaşlı sözlərə tövriyə demək olar. Yalan danışmaq günah olduğu üçün yalandan qaçmaq məqsədi ilə tövriyə etməyə icazə verilir. Yəni tövriyə bəzi zəruri hallarda yalan danışmamaq üçün vəziyyətdən çıxış yoludur.
Ovqat.com islam.az-a istinadən bildirir ki, tövriyə edən şəxs sözün bir mənasını niyyət edərək söyləyir, eyni zamanda bilir ki, onu dinləyən adam həmi sözü tam başqa mənada qəbul edəcək. Məsələn, bir nəfər başqasından soruşur ki, atan evdədirmi? Soruşulan şəxs istəmir ki, atasının evdə olduğunu bilsinlər. Amma yalan danışmaq günahdır deyə, "atam evdə yoxdur" söyləyə bilməz. Əlacsız vəziyyətdə "atam burda yoxdur" söyləməsi icazəlidir. Bu zaman o, "burada" deyərkən durduğu otağı niyyət edir. Həqiqətən, atası həmin otaqda deyil, o biri otaqdadır. Soruşan adam isə cavabdan qane olub edir. Bu halda tövriyə edən şəxs günah qazanmaz. Təkrar edirik ki, tövriyə çıxılmaz hallarda, ziyandan qorunmaq üçün icazəlidir.
Paylaş: