Xəbər lenti

 

Quran ərəb dilində nazil olmuşdur. Bu səbəblə Quranın mətnini başa düşmək üçün ərəb dilini bilmək son dərəcə əhəmiyyətlidir. Bilməyənlər üçün tərcüməli Quran hazırlanmışdır. Bu məalların hər nə qədər bir çox xətaları olsa da; hər kəsin əqidədə və tutacağı yolda aydın başa düşəcəkləri məlumatlar verilmişdir. Bu məlumatlar hamıya vacib, insan fitrətinə/təbiətinə uyğun məlumatlardır.[1] Bunların açıqlanmasına ehtiyac da yoxdur. Bunlar beynəlxalq həqiqətlər və Quranın əsaslarıdır.

Ovqat.com muselmanlar.com-a istinadən bildirir ki, əlbəttə, Quran, ağlı başında olan hər insanın başa düşəcəyi tərzdə nazil olmuşdur. Bir də Quranın fiqhi/hüquqi, ictimai və siyasi məsələlərə dair hökmləri vardır. Bu hökmləri ortaya qoymaq və insanlara öyrətmək üçün isə Quranın bütün ayələrini yaxşı bilmək və bir mənada işin əhli olmaq lazımdır. Əlbəttə hər işin əhli olduğu kimi Quranın fiqhi/hüquqi, ictimai və siyasi məsələlərində də işin əhli vardır. Bu məsələlərdə də işi əhlinə yönləndirmək və həlli üçün Quranda buyrulduğu üzrə şura yaratmaq lazımdır.[2] Bu səbəblə hər insan Quranın ana əsaslarını başa düşər lakin, ondan hökm çıxarmaq üçün işin əhlinə yönəlmək lazımdır.

Təəssüf ki, Quranın bu metoduna əsrlərdir diqqət yetirilməməkdə və hər kəs oxuduğu bir neçə ayə ilə bir hökm çıxarmaqda və öz əqidəsinə, məzhəbinə uydurmaqdadır.




Ana səhifəyə qayıt        Baxış: 1 233          Tarix: 19-10-2017, 22:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma