Xəbər lenti

 

Bakı şəhərində "Baku  Open Cup 2017"  adlı möhtəşəm rəqs və incəsənət tədbiri baş tutmuşdur. 22 oktyabr tarixində Azərbaycan Gənclər İttifaqı (AGİ) tərəfindən təmsil olunan Azərbaycan Rəqs Assosiasiyası (ARA) " Baku  Open Cup 2017" yarışması keçirildi. Münsiflər heyətində Azərbaycanın və həmçinin Russiyanın əməkdar rəqs xadimləri Rima Məmmədova, Tair Eynullayev, Ülviyyə Həsənova, Marina Aleşina, Elena Şirokaya iştirak ediblər.

Həmin gün rəqs şousu, folklor stilizasiyası, folklor etnika, oriental, bollivud eləcə də hip-hop şou və flamanco  istiqamətləri üzrə müsabiqələr baş tutmuşdur. Yarışma dörd yaş kateqoriyasında keçirilmişdir - beybi, uşaqlar, yuniorlar və böyüklər.  

Açıq Bakı Kubokunda paytaxt kollektivləri, Gürcüstan, Rusiya, Ukraynadan gəlmiş kollektivlər, eləcə də ölkəmizin regionları -  Gəncə, Sumqayıt, Bərdə, Mingəçevir və s. şəhərlərdən olan kollektivlər çıxış etmişdir.

"Təhmin etdiyim kimi müsabiqələr parlaq idi! Burada Bakının və ümumilikdə Azərbaycan rəqsinin sərhədlərini genişləndirmək və qonşu ölkələrdən gəncləri sağlam və mədəni həyata cəlb etmək imkanını vermiş açıq status da əhəmiyyətli rol oynamışdır. Bütün qonaqlarımız çox razı qaldı, bu isə bizi çox sevindirdi. Ümid edirəm ki, bu kollektivləri müsabiqələrimizdə bundan sonra çox görəcəyik, və həmçinin ümid edirəm ki, bizim də onların müsabiqələrinə getmək imkanımız olacaq. Komandamız verilmiş tapşırığın öhdəsindən son dərəcə yaxşı gəlmişdir. Biz yerimizdə durmuruq və rahatlanıb oturmağa da hazırlaşmırıq.
Qeyd etmək istərdim ki noyabr ayının 12-də Bərdə şəhərində ilk  Qarabağ Rəqs və İncəsənət Kuboku və dekabr ayında Azərbaycan Kuboku keçirdməyə hazırlaşırıq", deyə ARA-nın prezidenti və AGİ-nın sədr müavini Əziz Əzizov bildirdi.

Aşağıda kubok sahiblərinin siyahısı verilmişdir:

Folk Style:
Solo- baby - 1 yer - Dance studio Exlusive ( Russia )
Solo - Child - 1 yer - Dance studio Exlusive ( Russia )
Small group - child - 1  yer -  Dance studio Exlusive ( Russia )
Solo - Juniors - 1 yer - Dance studio Exlusive ( Russia )
Duos - Juniors -1 yer  - Azəri İgidləri
Small group - Juniors - 1 yer - Dance studio Exlusive ( Russia )
Formation - Juniors - 1 yer - Sevinc rəqs qrupu ( Mingəcevir )
Small group - Adults - Costa del Flamenko ( Russia )

Folk Etnika:
Small group - Baby - 1 yer - Dance studio Exlusive ( Russia )
Solo - Child - 1 yer - Dance studio Exlusive ( Russia )
Solo - Juniors - 1 yer - Asiman rəqs qrupu
Solo - Adults -  Cənnət Qarabağ
Small group - Adults - Dance studio Exlusive ( Russia )
Miniproduct - 1 yer -  Satsertlo and Mukhranelebi ( Gürcüstan )

Show Dance:
Solo - Baby - 1 yer - Dance studio Exlusive ( Russia )
Duet - Baby - 1 yer - Dance studio Exlusive ( Russia )
Small group - Baby - 1 yer - Günel rəqs kollektivi
Solo - Child - 1 yer - Dance studio Exlusive ( Russia )
Solo - Juniors - 1 yer - Dance studio Exlusive ( Russia )
Small group - Juniors - 1 yer - Dance studio Exlusive ( Russia )
Formation - Juniors - 1 yer - The Legend Baku
Small group - Adults - 1 yer - Dance studio Exlusive ( Russia )

Bollywood:
Solo - Baby - 1 yer - Buta rəqs qrupu
Small group - Baby - 1 yer - New dance group
Solo - Child - 1 yer - Buta rəqs qrupu
Duet - Child - 1 yer -  Buta rəqs qrupu
Solo - Juniors - 1 yer  - Buta rəqs qrupu
Solo - Adults - 1 yer - Buta rəqs qrupu
Miniproduct - 1 yer - Buta rəqs qrupu

Hip Hop Shou:

Solo - Child  - 1 yer - Jam SS Baku

İnformasiya dəstəyi -  Trend.az, Day.az, Milli.az, Azernews.a

Məqaləyə dair fotomateriallar:




Ana səhifəyə qayıt        Baxış: 829          Tarix: 26-10-2017, 18:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma