Xəbər lenti

 

"Feysbukun və Həyatın Sirləri" kitabı çapdan çıxıb. Kitabın müəllifi Yunis Dürüst'dür. 
"Feysbukun və Həyatın Sirləri" adlanan bu kitab, ən azı 4 aspektdən inqilabi olacaqdır; birinci inqilab, Azərbaycanda ilk dəfə olaraq feysbuka və onun məsələlərinə dair bir kitab yazılmış olmasıdır; ikinci inqilab, Azərbaycanda ilk dəfə olaraq, dərindən və kökdən insan psixologiyasına proyeksiya tutulmuş olmasıdır; üçüncü inqilab, eyni bir kitabın, universal olaraq, həm maarifləndirici, həm təsviredici olmasıdır; dördüncü inqilab isə, xüsusi bir mövzuyla (feysbuk və virtual həyat), ümumi mövzunun (real həyatın) sintez olunmasıdır. Feysbuku və həyatı açıqlayan və 100-dən çox anlayışın izahını verən kitabda həm məlumatlar, həm də tövsiyyələr verilir, davranış və qərarlarımızın altqatı açıqlanır. Bu kitabda hər kəs özünü tapacaq-sən, dostun; tanıdığın, tanımadığın insanlar.... Gələcəkdə səni gözləyən mənfi olayların qarşısını indidən almaq və doğru qərarlar vermək üçündür bu kitab!
Feysbuk nədir və Həyat nədir və bunlar niyə iç-içədirlər? sualının cavabıdır bu kitab!
Amma ən əsası, necə xoşbəxt olmaq gərəkdiyinin cavabıdır bu kitab!
Bu, hər kəsin deyil, yalnız inkişaf etmək istəyənlərin kitabıdır!
Kitabı "Elmlər" metrosunun çıxışlarındakı "Rebus" mağazasından və "Papirus" mağazasından əldə edə bilərsiz




Ana səhifəyə qayıt        Baxış: 1 421          Tarix: 28-06-2017, 00:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma