Xəbər lenti
“525-ci qəzet”-in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidin sevgi şeirlərindən ibarət “Sev məni” kitabı ingilis dilində çap edilib.

“Mütərcim” nəşriyyatında işıq üzü görən kitabın tərcüməçisi Kamran Nəzirlidir.
Ovqat.com bildirir ki, Kamran Nəzirli Moderator.az saytına  tərcüməçisi olduğu kitab barəsində bunları deyib:

"Sev məni" kitabının əsas mövzusu sevgi şeirləridir. Kitaba 21 şeir daxil edilib. Kitab tərcüməçinin "Müasir Azərbaycan şeiri" Layihəsinin formatına uyğun olaraq çap olunub. Artıq bu layihə çərçivəsində nəşr edilən 10-cu kitabdır. Azərbaycan ədəbiyyatının tanınmış simalarının kitablarının ingilis dilinə tərcüməsi işi 5 ildir davam edir. Azərbaycanın şair və yazıçılarının əsərlərindən nümunələr çap olunur. Bu kitabçalar az da olsa Azərbaycan bədii təfəkkürü haqqında əcnəbi oxucuya məlumat verir. Belə kitabların nəşri çox vacibdir. Rəşad Məcidin ingilis dilinə təcümə edilmiş kitabına onun obrazlı, süjetli sərbəst şeirləri daxil edilib. Misal üçün, "Məktub", "Tənha ev", "Səni sevirəm", "Ağla, qardaşım, ağla", "Sonuncu dəfə futbol oynamağım yadıma gəlmir" və s.”



Ana səhifəyə qayıt        Baxış: 1 285          Tarix: 13-04-2017, 17:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma