Xəbər lenti


 

“Uğur üçün Tədris” (SPEX) layihəsi çərçivəsində Metodologiya təlimlərinə start verilib.
Ovqat.com-un məlumatına görə, təlimlərinin həyata keçirilməsində əsas məqsəd müəllimlərin əldə etdikləri nəzəri biliklərin dərslərdə tətbiqinin təkmilləşdirilməsindən və müəllimlərin İngilis dilində danışıq səriştəsinin artırılmasından ibarət olub.
“British Council” təşkilatının peşəkar təlimçiləri tərəfindən aparılan 40 saatlıq təlimlər Beynəlxalq Aptis İmtahanının nəticələrinə əsasən, 12 inzibati rayon üzrə müəyyən edilmiş təlim mərkəzlərində həftədə 1 dəfə olmaqla intensiv şəkildə həyata keçirilir.
Metodologiya təlimləri boyunca müəllimlər 40 saatı əhatə edən peşəkar görüşlərə cəlb olunurlar. Görüşlər zamanı müəllimlərin dərsləri müşahidə olunur və təlimçi-fasilitatorlar tərəfindən müəllimlərə tədris prosesinin təşkili istiqamətində inkişafetdirici rəylər verilir.
Metodologiya təlimlərindən sonra müəllimlər layihənin növbəti mərhələsi olan Məktəb əsaslı peşəkar təlimlərə cəlb olunacaqlar.              
Qeyd edək ki, “Uğur üçün tədris” (SPEX) layihəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsi, “British Council” təşkilatı və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.



Ana səhifəyə qayıt        Baxış: 1 196          Tarix: 5-04-2017, 11:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma