Xəbər lenti

 

Əllamə Məclisi "Həqqul-yəqin" kitabında bəzi hədislərə işarə etmişdir ki, bərzəx aləminin dörd dəstəsindən xəbər verir.

Ovqat.com deyerler.org-a istinadən bildirir ki, yəni, bərzəx əhli dörd dəstədən ibarətdir.

Birinci dəstə: Xalis möminlər ki, bərzəxin behiştinə daxil olar və orada nemət içində olarlar.
İkinci dəstə: Xalis kafirlər ki, bərzəxin cəhənnəminə daxil olarlar və orada əzabdadırlar.
Üçüncü dəstə: Fasiq müsəlmandırlar və onlar Əhli-Beytin (ə) vilayətini qəbul etmirlər. Ancaq saleh əmələ malikdirlər və Məsum İmamlara (ə) qarşı düşmənçilik göstərməyiblər. Onlar bərzəxin behiştinə daxil olmazlar. Ancaq qərar tutduqları yerə behiştin qapısı açıq olar və behiştin mehi onları vurar. Əqidəsi zəif və cahil insanlar da onlara aiddir.
Dördüncü dəstə: Əhli-Beytə (ə) düşmən münasibətləri var, ancaq müsəlmandırlar. (Yəni, şəhadətləri deyiblər). Bərzəxin cəhənnəminə daxil olmazlar. Ancaq qərar tutduqları yerə cəhənnəmin qapısı açıq olar və cəhənnəm atəşinin hərarətinə məruz qalarlar.




Ana səhifəyə qayıt        Baxış: 1 299          Tarix: 17-08-2017, 21:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma