Elm, ticarət, siyasət - hər bir sahə əgər azad olmazsa, əsirlik deməkdir. Nətcədə bəzi təbəqələrin təkəbbürə düçar olmasına gətirib çıxardar. Onlar özlərini uğur tapmışlardan sayarlar və başqalarını uğursuz hesab edərlər.
O zamana qədər ki, insan azadlıq məqamına çatmaz, baxış bucağı açıq olmaz. Baxmayaraq ki, çox sayda fəzilət əldə etmişdir, ancaq qul olmaq ruhiyyəsi fitrətinə işləmişdir.
İmam Əli (ə) buyurur: "Azad insan - azaddır, baxmayaraq ki, ona çətinlik və ziyan dəysə belə. Qul insan - quldur, baxmayaraq ki, təqdir ona yardım etsə belə".
Ovqat.com deyerler.org-a istinadən bildirir ki, bu dünyada azad olmağın şərtləri vardır. İmam Əli (ə) bu haqda buyurur: "Hər kim Allah bəndəliyinin şərtlərini yerinə yetirər - azad olmağa layiqli olar. Hər kim əməldə azadlıq şərtlərinə qarşı səhlənkarlıq edər, (bir başqasının) qulu olmağa düçar olar". (Tebyan)
İmam Sadiqin (ə) nəzərinə görə, o insan azaddır ki, onda bu dörd əxlaqi sifət meydana gəlsin. İmam (ə) buyurur: "Beş sifət vardır ki, əgər insanda onlardan biri olmazsa, onda çoxlu xeyir və bəhrə olmaz.
1. Vəfadarlıq.
2. Tədbir.
3. Həya.
4. Xoş əxlaq.
5. Azadlıq".
Əgər insan bu dörd sifəti özündə icad edə bilsə, azadlığın həqiqi mənasını dərk edə biləcəkdir.
Əmirəl-möminin (ə) buyurur ki, azadlığın təqva ilə birbaşa əlaqəsi vardır. Azad insan pisliklərdən, çirkinliklərdən çəkinər və əxlaqa zidd rəftarlardan uzaq olar.
İmam (ə) buyurur: "İlahi təqva - paklıq, doğruluq açarı, məad üçün yığılmış ehtiyat, hər bir qul olmaqdan azad olmağa səbəb olan və hər bir məhv olmaqdan nicatdır. Təqvanın vasitəsilədir ki, onu axtaran məqsədinə çatır, (İlahi əzabdan) xilas olur və istəklərinə çatmış olur".
Müsəlman insan izzət ardıncadır və çalışar ki, hər bir dindən olan başqa insanlarla siyasi və ictimai rabitə qura bilsin. Ancaq bir şərtlə ki, heç kəsin qulu olmasın və azadlığına ziyan dəyməsin.
Paylaş: