Muhəmməd ibni Əbi Əmir - ən görkəmli insanlardandır ki, tarix onun kimisini az tanıtmışdır. "Ricali" kitabında onun haqqında oxuyuruq: "Əli ibni Həsən nəql edir: "İbni Əbi Əmir haqqı müdafiə etdiyi üçün həbs olunur və işgəncələrə məruz qalır. Malik olduğu mal-dövləti xəlifə tərəfindən müsadirə olunur. Malları arasında yazdığı dəyərli kitabları da qarət olur. O, yazdıqlarının 409 cildini əzbərdən bilirdi və "Nəvadir" adı altında yad edilmişdir".
Ovqat.com deyerler.org-a istinadən bildirir ki, Fəzl ibni Şazan Əhli-Beyt (ə) aşiqlərindən olmuşdur ki, deyir: "Muhəmməd ibni Əbi Əmirdən xəlifəyə şikayət edirlər və deyirlər ki, o, İraqda olan bütün Əhli-Beyt (ə) davamçılarının adını bilir. Onu tuturlar və deyirlər ki, bu insanların adını işfa et. Ancaq o, imtina edir. Onu soyundurub iki ağac arasından asırlar. Ona yüz şallaq vururlar". (Həvzəh)
Fəzl nəql edir: "İbni Əbi Əmir mənə dedi: "O zaman ki, məni vururdular və şallağı bir-birinin ardınca gətirirdilər, şiddətli ağrı məni bürüdü. Az qalmışdı ki, onların adını işfa edəm. Ancaq anidən Muhəmməd ibni Yunusin səsini eşitdim ki, dedi: "Ey Muhəmməd ibni Əbi Əmir! Allah dərgahında dayacağın zamanı yada sal!". Bu sözdən qüvvət aldım və dözdüm. Ona görə Allahıma şükür edirəm"".
Bu giriftarlığa görə ona yüz min dirhəm ziyan dəyir.
Fəzl nəql edir: "İraqa daxil oldum və bir nəfəri gördüm ki, başqa birinə deyir: "Sən ailə sahibisən və qazancın yazmaq yolu ilədir. Qorxuram ki, səcdələrinin uzunluğu gözlərinə zərbə vursun".
Həmin şəxs deyir: "Mənimlə nə qədər danışırsan, vay olsun sənə! Əgər uzun səcdə ilə kiminsə gözü aradan gedəsi olsaydı, indiyə qədər Muhəməd ibni Əbi Əmirin gözləri aradan gedərdi.
O, sübh namazından sonra şükür səcdəsi edər və gün çıxana qədər başını qaldırmazdı".
Bəli, bunlar çox nadir insanlar idilər ki, Allahdan başqa məhbubları yox idi. Hər bir sevgini ancaq Onun üçün istəyərdilər. Heç bir zaman heç bir çətinlikdə Allahı başqalarından üstün hesab etməzdilər".
Paylaş: