İdman etmək
Fiziki fəaliyyət yaddaş itkisinin həyat riskini azaldar. Eyni zamanda yeni beyin hüceyrələrinin meydana gəlməsini təmin edir. Bundan əlavə, bəzi gündəlik fəaliyyətlərlə də beyninizi gücləndirə bilərsiniz. Məsələn:
- Oxumaq
- Tapmaca həll etmək
- Şahmat kimi strategiyalı oyunlar oynamaq
Stressə nəzarət etməyi öyrənmək də çox əhəmiyyətlidir. Bəzi nəfəs alma texnikalarını da təcrübə edə bilərsiniz.
Ovqat.com deyerler.org-a istinadən bildirir ki, bütün bunların yanında yaxşı bir yuxu nizamına sahib olmalısınız. Eyni zamanda yaddaşınızı qorumaq üçün də olduqca lazımlıdır.
Qaragilə
Yüksək miqdarda ehtiva etdikləri antosiyaninlər sayəsində qaragilə yaddaş, öyrənmə və neyronlar arasında daha yaxşı əlaqə qurur. Üstəlik beyninizdə zərər görmə riskini azaldır.
Önun özünü həm yeyə bilər, həm də suyunu ya da çayını içə bilərsiniz.
Quru yemişlər
Quru yemişlər yüksək miqdarda ehtiva etdikləri omeqa 3 yağ turşusu və E vitamini sayəsində beyniniz üçün çox faydalıdır. Yaddaşı artırır və gücləndirərlər. Yaddaşınızın gerilədiyini düşünürsünüzsə, qidalanmanıza quru yemişləri də əlavə etməkdən çəkinməyin.
İspanaq
Yaddaşı qorumaq üçün ən çox təklif edilən yeməklərdən biri də ispanaqdır.
Ehtiva etdiyi yüksək miqdarda lütein sayəsində beyin hüceyrəsi qoruyucusu olaraq vəzifə yerinə yetirir və hüceyrə degenerasiyasını önləyir.
İçindəki fol turşusu da yaddaş itkisinə qarşı qoruyur və diqqəti artırır.
Paylaş: