Xəbər lenti

Картинки по запросу turme
Azərbaycanda ömürlük azadlqıdan məhrum etmə cəzası alanlarla bağlı güzəştlər tətbiq edilməsi təklif edilir.

Bununla bağlı Azərbaycan prezidentinin təqdimatı ilə Cinayət Məcəlləsinə (CM) 76-cı maddəsinə (Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə) yeni 4-1 bəndinin əlavə edilməsi təklif olunur.

Yeni bəndə görə, ömürlük azadlıqdan məhrum etmə növündə cəza şəkən şəxsin bu məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş qaydada cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi zamanı onun cəza çəkdiyi dövrün son beş ili ərzində cəzanın çəkilməsi qaydalarına əməl edilməsi halları nəzərə alınır.

Xatırladaq ki, hazırda mövcud olan qanunvericiliyə əsasən CM-da bununla bağlı yalnız 57.3-cü maddə (Məhkəmə, ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun azadlıqdan məhrum etmənin ən azı iyirmi beş ilini həqiqətən çəkdiyini, həmçinin onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrum etmə cəza növünü müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz edə və ya onu bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər) nəzərə alınır.

Yeni layihə yaxın günlərdə ictimai dinləmələrdən keçdikdən sonrsa Milli Məclisdə müzakirəyə çıxarılacaq. (apa)




Ana səhifəyə qayıt        Baxış: 1 377          Tarix: 25-09-2017, 15:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma