Xəbər lenti

 Məşhur meyxanaçı Rəşad Dağlı Rüfət Nasosnu kimi tanınan həmkarını bıçaqlayıb. Lent.az-ın Olke.az-a istinadən verdiyi məlumata görə, məclislərdən birində sözləri çəpləşən həmkarlar vəziyyəti aydınlaşdırmaq üçün məclisdən sonra oturub danışmağa qərar verirlər. Söhbət zamanı tərəflərin qarşılıqlı ittihamı sonda Rəşadın Rüfəti bıçaqlamasıyla nəticələnib.

 Qeyd edək ki, hazırda Rüfət ayağından yaralıdır. Ev şəraitində müalicə alan meyxanaçının Rəşad Dağlıdan şikayətçi olmadığı bildirilir.




Ana səhifəyə qayıt        Baxış: 1 047          Tarix: 3-10-2017, 10:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma