Xəbər lenti

"Zirə" klubunun yarımmüdafiəçisi Rəşad Sadiqov komandadan kənarlaşdırılıb.

Publika.az xəbər verir ki, bu barədə komandanın rəsmi saytında məlumat yerləşdirilib. Klubun əsas komandasının baş məşqçi Ayxan Abbasov rəhbərliyə müvafiq qərarla bağlı təqdimat ünvanlayıb. Futbolçu intizamsız davranışına görə komandadan xaric edilib.

“Zirə”yə transferinin 2 ayı tamam olmamış Rəşadın klubdan kənarlaşdırılması sual doğurub.

Qeyd edək ki, Sadiqov Azərbaycan millisinin də üzvüdür.




Ana səhifəyə qayıt        Baxış: 854          Tarix: 24-07-2017, 14:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma