Xəbər lenti

Şou-biznes nümayəndələrinin bir çoxları və onların qohumlarının eləcə də meyxanaçıların adı bu kimi hadisələrdə tez-tez hallanır. Bir çox hallarda isə məşhurlarımızın ailə üzvləri cinayətə bulaşır və həbsxana həyatı yaşamalı olur.   Bu siyahıya narkotik istifadə edən, borcu olan, adı fırıldaqçılıqda hallanan, zor tətbiq edən məşhurlar aiddir. Son illərdə adı cinayət əməllərində hallanan, həbsxanaya düşən məşhurların siyahısını təqdim edirik.

 

Meyxanaçı Bayram Kürdəxanlı barəsində Cinayət Məcəlıəsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs olunub. Qeyd edək ki, tanınmış meyxanaçı  bir neçə gün əvvəl azadlığa çıxıb.

 

Şou-biznesdə bir vaxtlar “at oynadan” prodüsser Nahid Emiloğlunun da adı dələduzluqda hallanır. Onu dələduzluqda ittiham edən şəxs Xalq artisti Aygün Kazımovadır. Xalq artisti mətbuata açıqlamasında N.Emiloğlunun ona pul “atdığını” bildirib. Müğənni prodüsseri dələduzluqda ittiham edib.

 

Azərbaycanı ilk  “Eurovision” mahnı müsabiqəsinin təmsilçisi müğənni Samir Cavadzadə dostu Elvin Hüseynovu bıçaqladığına görə həbs olunub və iki ilə yaxın dəmir barmaqlıqlar arxasında yatıb.

 

Maral Tahirqızı təkrar olaraq əxlaqsızlıq yuvaları təşkil etmə maddəsi ilə təqsirli bilinib və 3 il müddətinə azadlıqdan məhrum edilib.

 

Tanınmış rejissor Aqil M.Quliyev 2013-cü ildə 1 il 6 ay müdətinə həbs cəzasına məhkum edilib. Buna səbəb rejissorun aldığı pulu geri qaytarmaması olub.

 

“Azəri qızı” Günelin qardaşı, bəstəkar Tunar Rəhmanoğlu “avtoşluq” etməsi və polisin qanuni tələblərinə riayət etməməsi səbəbindən 10 gün müddətinə həbs cəzasına məhkum olunub.

 

Teleaparıcı İlham Mirzəyev  dələduzluq ittihamı ilə həbs olunub. İttihama əsasən, teleaparıcı direktoru olduğu “İlhamed” tibb mərkəzində Aynur Əhmədova adlı vətəndaşa cadugərlik yolu ilə yalan vədlər verərək, onun 3000 avro pulunu mənimsəyib. Bakı Apelyasiya Məhkəməsinin hökmü ilə 3 il 6ay müddətinə azadlıqdan məhrum edilib.

 

Tanınmış reper Elşad Xose isə narkotikdən müntəzəm istifadə etdiyinə görə, həbs olunub və bir müddət məhkum həyatı yaşayıb.

 

Meyxanaçı Vahid Qədimə dələduzluq maddəsi ilə axtarış elan olunub. O, Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə ittiham edilib.

 

Daha bir reper, mərhum Hüseyn Dərya  narkotik istifadə etməsi səbəbindən həbsdə yatıb. Bir neçə dəfə eyni əməli təkrarladığına görə həbs olunan reper 2014-cü ilin martında dünyasını dəyişib. /a24/

 




Ana səhifəyə qayıt        Baxış: 863          Tarix: 17-06-2017, 09:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma