Xəbər lenti

 

Artıq ölkəmizdə süni mayalanma yolu ilə cins ana arı yetişdirilir.

Hətta bununla bağlı iki rayonda - Qax və Goranboyda arıxana istifadəyə verilib və arıların yetişdirilməsi işi aparılır.

Ovqat.com bildirir ki, indiyədək bu yolla 400-dən çox ana arı əldə olunub.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Qalib Əbdüləliyevin sözlərinə görə, bu işi görməyə təşviq edən amil arıçılıqda yaranan problemlər olub.

Qalib Əbdüləliyev həmçinin bildirib ki, bu arıların yetişdirilməsində daha çox 1 sort arılardan istifadə olunur. Bunun isə bir neçə səbəbi var. Ümumiyyətlə isə gələcəyə doğru sortların artırılması planlaşdırılır.

Bu arıların yetişdirilmə müddəti isə adi arıların mayalanması ilə eyni olur. Sadəcə bu proseslər adi şəraitdə deyil, laborator şəraitdə həyata keçirilir. /xezerxeber.az

 

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanda süni mayalanma yolu ilə cins arı yetişdirilir




Ana səhifəyə qayıt        Baxış: 1 204          Tarix: 4-10-2017, 21:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma