Xəbər lenti
 
Çinin Xançjou şəhərində süni intellekt texnologiyalarının inkişafı sahəsində son nailiyyətlərin təqdim olunduğu şəhərcik istifadəyə verilib.
AZƏRTAC "Tvkultura" resursuna istinadən xəbər verir ki, ən böyük sərgilərdən hesab edilən şəhərcikdə 15 platformalı 90 müxtəlif layihə təmsil olunub. İştirakçılar yemək hazırlayan, rəqs edən və danışan robotlar, eləcə də oyun platformaları və tədqiqat aparatları görmək imkanı əldə edəcəklər.
Layihə nümayəndələrinin sözlərinə görə, bu, tədqiqatlar üçün yaxşı bazadır və sərfəli maliyyə aktividir. Həmçinin, şəhərcik gənc istedadların yeni layihələrə cəlb edilməsi üçün yerə çevriləcək.
Qeyd edək ki, Xançjou Çinin informasiya texnologiyaları və süni intellekt texnologiyaları sahəsində ən qabaqcıl şəhərlərindən hesab olunur. Şəhərdə internet ticarəti və yüksək texnologiyalarla məşğul olan çoxlu şirkətlərin ofisləri yerləşir.



Ana səhifəyə qayıt        Baxış: 1 034          Tarix: 12-07-2017, 18:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma