Xəbər lenti
Dünən, 19:25

 

Simsiz giriş nöqtəsi və qurğular arasında məlumatların təhlükəsiz ötürülməsini təmin edən “WPA2” (“Wi-Fi Protected Access II”) şifrləmə protokoluna müdaxilə edilib. Aşkar edilmiş boşluq ev və ya ofis şəbəkəsinin əhatə zonasında yerləşən hakerlərə “Wi-Fi” şəbəkəsinin parolunu ələ keçirməyə, internet trafiki dinləməyə və şifrlənməmiş rabitə kanalı üzrə ötürülən istənilən informasiyanı ələ keçirməyə imkan verir.

"Azərtac" “hitech.vesti.ru” saytına istinadən xəbər verir ki, potensial təhlükə haqda “US-CERT” təşkilatı (ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin bölməsi) məlumat verib. Ekspertlərin sözlərinə görə, “KRACK” hücumu hakerlərə “Wi-Fi” routerinə şifrlənməmiş formada (HTTPS qoşulmasız saytlarda daxil edilmiş kredit kartlarının nömrələri, təhlükəsizlik kameralarından videoaxınlar, login və parollar, həmçinin sadə mətn faylları) ötürülən məlumatları asanlıqla oxumağa imkan verir.

Aşkar edilmiş boşluğun texniki detalları hələ ki açıqlanmır. “US-CERT” təşkilatı noyabrın 1-də “ACM CCS” konfransında ətraflı məlumat verəcəyini bəyan edib. Ancaq bəzi simsiz marşrutlayıcı istehsalçılar artıq təhlükəsizlik paketləri çıxarırlar




Ana səhifəyə qayıt        Baxış: 590          Tarix: 16-10-2017, 22:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma