Beyninizin sakitləşməsi üçün bir çox yol var. Bunlardan biri də aromaterapiya yəni ətir müalicəsidir.
Ətirlərin beyinə təsirləri tədqiqatlar nəticəsində sübut olunmuşdur. Siz də sakitləşmək üçün bu ətirlərdən istifadə edin:
1. Darçın:
Ovqat.com deyerler.org-a istinadən bildirir ki, sakitləşmək üçün yüksək təsirə malik bitkilərdən biri darçındır. Onun həm ətri, həm çayı insana müsbət enerji verir.
2. Yasəmən:
Yasəmənin sakitləşdirici təsiri vardır. Yatmadan əvvəl yastığınızın üzərinə bu bənövşəyi çiçəklərdən qoyun. Rahat yuxu yatmağınızı təmin edəcək.
3. Sitrus meyvələri:
Səhərlər günə başlamaqda çətinlik çəkirsinizsə və gərgin olursunuzsa, o zaman bir fincan qəhvə yerinə bir fincan limon və ya portağal suyu için.
4. Vanil:
Vanil çox qədim dövrlərdən bəri xoşbəxtliyi artırmağa və əhvalın yüksəlməsinə yardımçı olduğu məlumdur. Onun ətri insana rahatlıq verir.
5. Limon:
Limon, həm əzələ ağrılarının azalmasına kömək edir, həm də nəfəs alınması halında sakitləşdirici xüsusiyyəti vardır.
Paylaş: