Xəbər lenti
Bu gün, 19:25

 

ABŞ-ın Alabama əyalətində məhkəmə, marketdə qarpız stendinə ilişərək yıxılaraq budunu sındırdığını deyən bir müştərinin 7.5 milyon dollar təzminat almasına dair hökm çıxarıb.

Hadisə, 2015-ci ildə, dünyanın ən dəyərli pərakəndə şəbəkəsi olan və 270 milyard dollar bazar dəyərinə malik Wal-Mart marketdə baş verib.

61 yaşlı Henri Uolker qarpızların qoyulduğu stendə (Taxta altlıq üzərində qarpız stendi) əyilərkən ona ilişərək yıxılıb. Budu sınan Uolkerin vəkili Wal-Martın qarpız yeşiyini təhlükəsiz yerləşdirmədiyini və üzərini örtməsi lazım olduğunu əsas gətirərək cinayət işi açıb.

Wal-Mart isə qarpız güşəsinin təhlükəli olmadığı üzərində dayanıb və müştərinin səhvi səbəbindən hadisənin meydana gəldiyini bildirib. Pərakəndə nəhəngi qərarla bağlı təəssüf etdiyini və təzminat miqdarının həddindən artıq yüksək olduğunu düşünərək qərardan kassasiya şikayəti verməyə hazırlaşır.

Məhkəməyə təqdim olunan sənədlərdə analoji açıq stendlərin ölkənin hər yerində və müxtəlif pərakəndə şəbəkələrində istifadə edildiyinə də diqqət çəkilib.

Wal-Mart tərəfindən edilən açıqlamada "Wal-Mart qarpızları eyni şəkildə satmağa davam edəcək", - deyilib.




Ana səhifəyə qayıt        Baxış: 853          Tarix: 11-11-2017, 20:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma