Xəbər lenti

 Azərbaycanlı aktrisa Pərvin Abıyeva Türkiyə mətbuatına müzakirələrə səbəb olacaq müsahibə verib. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, aktrisa türkiyəli müğənni Rafet El Romanla sevgili olması xəbərinə aydınlıq gətirərkən azərbaycanlı kişiləri isə təhqir edib: “O, çox romantikdir. Bilmirəm, mənə elə gəlir, amma ümumi mənada sevimli görünüşü var. Bizim Azərbaycan kişiləri belə deyil...Onlar bir az kobud və köhnə fikirlidirlər. Türkiyə kişiləri qədər romantik deyillər”.
Bu müsahibədən sonra tənqid olunduğunu görən P.Abıyeva sosial şəbəkədə status yazıb: “Nədi, yenə nə daş düşüb bəzilərinin başına? Demişəm, yaxşı eləmişəm. Nə gözləyirdiniz, yalan deyim ki, yaxşısınız? Tərbiyəsiz yazılar, söyüşlər, təhqirlər ancaq bizim oğlanlardan çıxır. Gördüyüm tək şey bizim kişilərin qadınlara sevgi göstərməməsidir. Söydüyünüz söyüşlər də əzizlərinizə getsin”.




Ana səhifəyə qayıt        Baxış: 1 073          Tarix: 25-11-2017, 10:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma