Xəbər lenti

 

13 yaşdan aşağı 20 milyondan çox uşaq feysbukdan istifadə edir.

Bunu nəzərə alan şirkət uşaqlar üçün yeni xidmət yaradır.

Belə ki, şirkət 13 yaşdan aşağı uşaqların feysbuka daxil olmasına icazə verməsə də, onlar yaşlarını çox göstərərək sosial şəbəkəyə daxil olurlar. Şirkət uşaqların təhlükəsizliyi üçün Mesencer Kids xidmətini təklif edir.

Uşaqların bu xidmətdən istifadə etməsi üçün valideynlərinin icazəsi lazımdır. Şirkət bu yenilikdən əldə ediləcək məlumatların reklam məqsədilə istifadə edilməyəcəyini bəyan edib.

Mesencer Kids feysbukun mesaj xidmətinin daha bəsit və bağlı versiyasıdır.

Şirkətdən verilən rəsmi açıqlamada bildirilib ki, valideynlər uşaqların yeni nəsil telefonlar və planşetlərdən istifadəsinə icazə verir. Lakin hansı xidmətin uşaqlar üçün uyğun olduğu məsələsində narahatlıqları var.

“Araşdırmalarımız və valideynlərlə söhbətlərimiz nəticəsində belə bir qənaətə gəlmişik. Lakin bundan sonra Mesencer Kidsdən istifadə edən iki uşağın bir-biri ilə dost olması üçün valideynlərin razılığı olmalıdır. Yalnız bu razılıqdan sonra dostlar canlı söhbət edə, şəkil və mesaj göndərə bilir. Uşaqlar üçün xüsusi giflər də hazırlanıb".

Feysbuk qeydiyyatdan keçən uşaqların yaşını avtomatik müəyyən edə biləcək. Messencer Kids ilk mərhələdə yalnız ABŞ-da tətbiq ediləcək.\\Publika.az




Ana səhifəyə qayıt        Baxış: 1 415          Tarix: 5-12-2017, 19:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma