"İşə qəbul zamanı peşə ixtisasını təsdiq edən sənədin tələb edilməsinin hüquqi bazasının formalaşdırılması istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Təhsil Nazirliyi arasında razılaşdırılmış təkliflər Nazirlər Kabinetinə təqdim edilib".
"Report" xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov "Azərbaycanda işçi qüvvəsinin inkişaf etdirilməsi məqsədi ilə peşə standartlarından, istifadə olunması" adlı tədbirdə deyib.
O bildirib ki, təkliflərdə formal təhsildən kənar əldə edilmiş bacarıqların tanınması prosedurunu həyata keçirəcək Sertifikatlaşdırma Mərkəzinin, müxtəlif iqtisadi sahələr üzrə ekspertlər şəbəkəsinin yaradılması və s. məsələlər yer alır: "Ölkədə bacarıqların peşə standartları vasitəsilə tanınması, bundan sonra işə qəbul zamanı peşə ixtisasını təsdiqləyən sənədin tələb edilməsi peşə təhsili sahəsində aparılan islahatlara öz töhfəsini verəcək".
Paylaş: