Xəbər lenti

Ankarada səfərdə olan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Məlumatı Türkiyə prezidentinin rəsmi saytı yayıb.

Görüşdə regional təhlükəsizlik, Azərbaycan ilə Türkiyə arasında hərbi əlaqələrin əsas istiqamətləri, hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, birgə təlimlərin keçirilməsi, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili, eləcə də maraq doğuran digər məsələlər müzakirə olunub.

Qeyd edək ki, Z.Həsənov martın 28-də Türkiyəyə səfərə gedib.

O, martın 31-də Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək/Report.

 




Ana səhifəyə qayıt        Baxış: 830          Tarix: 29-03-2018, 17:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma