Xəbər lenti

“Bu gün Türkiyəyə qarşı aparılan dollar, faiz oyunlarını gördük, görürük. Biz də deyirik ki, siz bununla bizə əngəl ola bilməyəcəksiz”.

Strateq.az bildirir ki, bu sözləri bu gün AKP-nin 6-cı qurultayında prezident Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, heç kimsə Türkiyəni boyun əydirə, ölkəsində azanın səsini kəsə, bayrağını endirə bilməz: “Bəli, biz belələrinin oyunlarını görür və onlara meydan oxuduğumuzu bəyan edirik. Strateji müttəfiq, ortaq deyib, sonra bizi strateji hədəf halına gətirənlərə təslim olmayacağıq. Heç bir qüvvə Türkiyənin hədəflərinə çatmasına mane ola bilməz, bizi əngəlləyə bilməz”.

 




Ana səhifəyə qayıt        Baxış: 549          Tarix: 18-08-2018, 18:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma