Xəbər lenti

 

"Zeytin budağı əməliyyatı hədəflərinə tam çatana qədər davam edəcək. Bundan sonra Münbiçi bizə söz verildiyi şəkildə terrorçulardan təmizləyəcəyik. Heç kim bundan narahat olmasın, çünki Münbiçin həqiqi sahibləri bu terrorçular deyil, oradakı ərəb qardaşlarımızdır. Daha sonra da İraq sərhədinə qədər heç bir terrorçu qoymayana qədər bu mübarizəmizi davam etdirəcəyik”.

Ovqat.com xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan bu gün AKP-nin “Genişləndirilmiş rayon rəhbərləri toplantısında” bildirib.

O, Türkiyəyə məlum hərbi hərəkatı tez bitirmək üçün təzyiq edənlərə də səslənib:

“Bizə "əməliyyatı tez bitirin” deyə ağıl verənlərə səslənirəm: sizin ölkənizin şəhərlərinə tam sərhədlərinizdən terrorçular tərəfindən raketlər atılsa, bombalar endirilsə, atəşlər açılsa nə edərsiniz? Buradan bütün dünyaya bir daha elan edirəm: Türkiyənin Afrindəki əməliyyatı yalnız və yalnız terror təşkilatlarına, terroristlərə qarşıdır.

Avropa Parlamentində bu əməliyyatı istila olaraq göstərmək istəyənlərə deyirəm: gedin əvvəl istila nümunələrini keçmişdə Liviyada, Ruandada, Malidə axtarın. Hansı istila hərəkətini kimlər necə aparmış, orada axtarın. Heç bir zaman türk milləti, Türk ordusu istilaçı olaraq hərəkət etməyib".

Ərdoğan əməliyyatın yavaş irəliləməsinə də aydınlıq gətirib:

"Çətin bir məkan və pis hava şəraitində icra edilən əməliyyatda ən kiçik bir çatışmazlığını olmadığını yerində görməkdən məmnuniyyət duydum. Bəziləri israrla bizə “bu əməliyyat qısa sürsün, məhdud olsun” deyə ağıl verirlər. Mən də o kəslərə telefon söhbətlərində dedim: əgər biz dövlət olaraq sahib olduğumuz hərbi gücdən maksimum istifadə etməyə çalışsaq, tanklarla, toplarla, təyyarələrimizlə, əllərimizlə qarşımıza çıxan hər şeyi dümdüz edib keçsək, bu əməliyyat bir neçə günlük işdir. Amma biz ən azı öz əsgərlərimiz qədər qarşımızdakı qüvvələrin qalxan kimi istifadə etməkdən çəkinmədiyi məsum vətəndaşların can və mal təhlükəsizliyini də nəzərə alırıq. Çünki biz Afrini işğala getmirik, tam əksinə, oranı terror təşkilatlarından təmizləyərək əsl sahibləri üçün əlverişli bir yer halına gətirməyə çalışırıq".

Ərdoğan çıxışında ABŞ-lı həmkarı Trampa da “ilişib”: "Cənab Prezident bizə deyir ki, bizi bu qədər tənqid etməyin. Yaxşı, amma biz strateji tərəfdaş olduğumuza görə, bir strateji tərəfdaş digər strateji tərəfdaşa belə bir şeyi necə edər?”




Ana səhifəyə qayıt        Baxış: 787          Tarix: 26-01-2018, 17:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma