ROSKONTROL-un böyük masştablı yoxlamalarının nəticəsi olaraq 5 iri broiler kompaniyasının toyuq-cücə ətində antibotik və antimikrov dərmanlarının yol verilən dozadan artıq olduğu aşkarlandı.
Ekspertlər ev quşlarında da insanlara tətbiq olunan antibiotiklərin istifadə olunduğunu bildirir. Adətən bu penicillin, tetraçiklin, levomisetindir.
" Böyüyən cücələri infeksion xəstəliklərdən qorumaq üçün profilaktika məqsədilə preparatlar verilir. İnsan üçün bu qidalar onunla təhlükəlidir ki, insanda bu antibiotikə qarşı dirənc yaranır, eləcə də belə əti yedikdən sonra allergik reaksiya və disbakterioz yarana bilir” – deyə baş ekspert İrina Arkatova bildirib.
Daha bir ciddi pozuntu – istehsalçının ətdə zülalın miqdarını bildirən göstəriciləri malın üzərində qeyd etməməsidir. Cücənin çəkisini artıqmaq üçün onlar ətə duzlu məhlul yeridir. Bu qaydanı çox broylerlər pozur. İnyeksiya izləri tapılmayan cücələrdə də fosfor normanı aşırdı. Adətən fosfatlar suyu,nəmi saxlayan maddə kimi isitfadə olunur.
Amma ətdə pathogen orqanizm və bağırsaq çöpləri açkar olunmayıb. Həmçinin hormonal preparatların da dozası aşılmayıb. \\Medicina.az
Paylaş: