Xəbər lenti

Azərbaycanda 5 yaşadək dünyasını dəyişən uşaqların sayı azalıb.

Trend-in məlumatına görə, ötən il ərzində ümumilikdə Azərbaycanda 5 yaşadək ölən uşaqların sayının azalmasına baxmayaraq, qız uşaqları arasında ölüm halları 2016-cı ilə nisbətən artıb, oğlan uşaqları arasında ölüm halları azalıb.

Keçən il ərzində ölkədə 5 yaşadək 2058 nəfər uşaq dünyasını dəyişib ki, onların da 1205-i oğlan, 853-ü qız olub. 2016-cı ildə isə dünyasını dəyişən 2092 uşağın 1259-u oğlan, 833-ü qız olub.

2016-cı ildə hər 1000 diri doğulana 15,4 oğlan uşağı, 11,9 qız ölümü düşürdüsə, 2017-ci ildə bu göstərici müvafiq olaraq, 15,3 və 11,9 olub.

2017-cı ildə Azərbaycanda 1 yaşadək 1700 uşaq dünyasını dəyişib ki, onların 993-ü oğlan, 707-si qızdır.

Qeyd edək ki, 1 yaşadək uşaqların ölümünün ilk səbəbi perinatal dövrdə meydana çıxan bəzi hallardır. Ötən il bu hallardan 1028 nəfər (2016-cı ildə 1090) körpə dünyasını dəyişib. Körpə ölümlərinin səbəbləri arasında sonrakı yerləri tənəffüs sistemi xəstəlikləri tutur ki, bu səbəbdən ötən il 235 (2016-cı ildə 173 körpə) ölüb.

Ötən il anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozuntularından 155 (2016-cı ildə 151 körpə), travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən 12 (2016-cı ildə 7) körpə ölüb.

 




Ana səhifəyə qayıt        Baxış: 437          Tarix: 1-10-2018, 13:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma