Göygöl rayonunun Zurnabad bələdiyyəsinin sabiq sədri Daşqın Vəliyev barəsində həbs qətimkan tədbiri seçilib.
Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hakim Şeyda Məhərrəmovanın sədrliyi ilə baş tutan prosesdə istintaq orqanının təqdimatı təmin olunub.
Daşqın Vəliyevin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Daşqın Vəliyev öz qulluq mövqeyindən istifadə etməklə, aldatma yolu ilə zərərçəkmiş şəxslərə xeyli miqdarda dələduzluq edərək ziyan vurub.
Eyni zamanda, ona etibar edilmiş külli miqdarda bələdiyyə əmlakını mənimsəyib.
Bu faktlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Daşqın Vəliyevin barəsində cinayət işi başlanıb.
İstintaq orqanı tərəfindən Daşqın Vəliyevə qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək), 178.2.2-ci (təkrar dələduzluq törətmək), 178.2.3-cü (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək), 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isrif etmə) və 309.1-ci (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurma) maddələri ilə ittiham elan edilib.
Paylaş: